Premyer-liqa
“Neftçi” “Səbail”lə oyuna hazırlığı davam etdirir
“Neftçi” Topaz Premyer Liqasının 6-cı turunda qa…
“Neftçi” Topaz Premyer Liqasının 6-cı turunda qarşılaşacağı “Səbail”lə oyuna hazırlığını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, komanda bu gün doğma bazasında növbəti məşqə çıxıb.
Məşqdə zədəli Ruslan Abışov iştirak etməyib. Qoran Paratski və Kirilo Petrov isə fərdi məşğul olub. Hazırlıq sabah da bir məşqlə davam edəcək.
Xatırladaq ki, sentyabrın 29-da 8-ci km stadionunda baş tutacaq "Neftçi” – "Səbail” oyunu saat 18:55-də start götürəcək.