Dünya futbolu
“Bavariya"dan ilk xal itkisi
Futbol üzrə Almaniya Bundesliqasında 5-ci tura start verilib.
…
Futbol üzrə Almaniya Bundesliqasında 5-ci tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub.
Son çempion və lider “Bavariya” doğma meydanda “Auqsburq”la qarşılaşıb. Münhen klubu bu oyunda cari mövsümün ilk xal itkisi ilə üzləşib.
“Verder” doğma meydanda “Herta”nı, “Frayburq” “Şalke”ni məğlub yola salıb. Dörd qolun qeydə alındığı “Hannover” – “Hoffenhaym” matçında isə qonaqlar qələbəyə seviniblər.
Almaniya Bundesliqası
5-ci tur
25 sentyabr
Verder – Herta 3:1
Qol: Harnik, 11. Velkoviç, 45. Kruze, 66-pen – Dilrosun, 53.
Bavariya – Auqsburq 1:1
Qol: Robben, 48 – Götse, 86.
Frayburq – Şalke 1:0
Qol: Florian, 52.
Hannover – Hoffenhaym 1:3
Qol: Fullkruq, 55-pen – Brenet, 20. Kaderabek, 49. Belfodil, 90.
26 sentyabr
20:30 Fortuna – Bayer
22:30 Borussiya (Münhenqladbax) – Ayntraxt
22:30 Borussiya (Dortmund) – Nürnberq
22:30 Maynts – Volfsburq
22:30 Leyptsiq – Ştutqart