Premyer-liqa
“Zirə”nin məşqçisi: “Uşaq səhvlərindən qollar buraxdıq”
“Zirə”nın məşqçisi Vəfadar Quliyev Topaz Premy…
“Zirə”nın məşqçisi Vəfadar Quliyev Topaz Premyer Liqasında "Qarabağ"a səfərdə 2:3 hesabıyla uduzduqları 1-ci turun təxirə salınmış matçından sonra mətbuat konfransı keçirib.
Futbolinfo.az xəbər verir ki, cəzalı baş məşqçisi Samir Abasovu əvəzləyən gənc mütəxəssis əvvəlcə qarşılaşma haqda danışıb:
– Çətin oyun keçdi. İlk hissədə istədiyimiz kimi oynamadıq. Ancaq fasilədən sonra oyunumuz bir az yaxşı oldu. İnşallah, növbəti qarşılaşmalarda daha yaxşı oynayacağıq. İddialı "Zirə" yaratmaq istəyirk. Futbolulardan razıyıq, əllərindən gələni etdilər.
– Mirsahib Abbasov sonradan meydana çıxaraq dubl etdi və az qala qəhrəman olacaqdı. Niyə əsas heyətdə yer almırdı?
– Bu, baş məşqçinin qərarıdı. Məşqlərə əsasən qərar vermişdik.
– Müdafiə xəttiniz kobud səhvlərlə yadda qaldı. Qapıçınız Anar Nəzirov da qollarda kobud səhvlərə yol verdi. Bunlar sizi narahat edirmi?
– Təbii ki, narahat edir. Uşaq səhvlərindən qollar buraxdıq. Amma biz hələ burada təzəyik. Komandayla çox hazırlaşmağa vaxtımız olmadı.
– Bilal Həmdini əvəzlədiniz. Ancaq onun yerinə meydana çıxan Vüsal İsgəndərli ümidləri doğrultmadı…
– Bilal komandaya gec qoşulub, zədəsi də olub. Hələ tam hazır deyil. Razıyam ki, Vüsal da özünü göstərə bilmədi. (Sport24)