Dünya futbolu
Azər Əliyevin klubunu 1/8 finala buraxmadılar
Futbol üzrə Rusiya Kubokunda 1/16 final mərhələsinin oyunlar?…
Futbol üzrə Rusiya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da bu turnirdə növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə aşağı liqa təmsilçisi “Nijni Novqorod” ilə qarşılaşıb.
Görüşün əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtda da tərəflər fərqlənə bilmədiyindən, qalibi penaltilər seriyası müəyyənləşdirib. Daha dəqiq oynayan “Nijni Novqorod” 5:3 hesabıyla qalib gələrək Azərin komandasını kubokdan kənarlaşdırıb.
Əliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”