Ölkə futbolu
Emeri: “Qarabağ”ın üstün cəhətlərini göstərməsinə imkan verməməyə çalışdıq”
Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçi…
Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Arsenal” görüşündən sonra qonaqların baş məşqçisi Unai Emeri mətbuat konfransı keçirib.
Futbolinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis əvvəlcə 3:0 qalib gəldikləri görüş barədə fikirlərini bölüşüb.
– Bu gün səfərdə güclü rəqibə qarşı oynayırdıq. Birinci hissədə kifayət qədər əzab-əziyyət çəkdik. Meydan sahibləri yaxşı oyun nümayiş etdirdi, bizə çətinlik yaratdılar.
– Emil Smit Ronun seçilməsinin əsas səbəbi nədi?
– Bütün keyfiyyətləri. Əsas məsələ onun yanaşmasıdı. Hər zaman diqqətlə qulaq asır, analizləri dinləyir. Kubok matçında onun 3 yaxşı hərəkəti olmuşdu.
– “Qarabağ” sizi nə ilə təəccübləndirdi?
– “Qarabağ”ın fərqli oyunlarını təhlil etmişdik. Əsasən də “Şerif” və “Sportinq”lə görüşlərinə baxmışdıq. Bu komanda ötən mövsüm Çempionlar Liqasında “Atletiko” kimi komandaya uduzmayıb. Biz də öz növbəmizdə rəqibin üstün cəhətlərini göstərməsinə imkan verməməyə çalışdıq.
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Premyer-liqa2024-05-11 18:55
“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”