Layihə
GÜNÜN NİDASI: 1,6 milyon manat!
“Qarabağ” və “Neftçi” – bu g&uu…
“Qarabağ” və “Neftçi” – bu gün büdcəsi 10 milyon manat civarında olan 2 klub var. Ağdamlılarla bağlı vəziyyət aydındı: klub hegemonluğunu qorumaq üçün böyük vəsait xərcləyir, eyni zamanda qitə kuboklarında mübarizə aparırsansa, heyət bahalı legionerlərdən xali olmamalıdı.
“Neftçi” isə iddiasını qaytarmaq üçün böyük pullar xərcləyir. Üstəlik, baza tikintisi, kredit borcunun ödənilməsi və s. də bura daxildi. “Qarabağ”la müqayisədə geri qalsalar da, digər klublardan öndədilər.
Sonrakı yerləri “Qəbələ”, “Səbail” və “Keşlə” tutur. Dəqiq rəqəm yoxdu, amma sıralama təqribən belədi. Daha sonra “Sabah” və “Zirə” gəlir. Ən zəif büdcəsi olan “Sumqayıt”dı.
Bu qənaətə gəlməyimizin səbəbi klubun prezidenti Riad Rəfiyevin etirafıdı. O, doğru rəqəmi səsləndiribsə, deməli, ən az büdcəyə malikdilər. Çünki “Qəbələ”, “Səbail” və “Keşlə”də söhbət 3, “Sabah” və “Zirə”də 2 milyon manatdan yuxarı büdcədən gedir. Rəfiyev isə bəyan edir ki, onlar bütün klubu illik 1,6 milyon manatla idarə etməlidi.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi