Dünya futbolu
İsrafilovlu “Alkorkon” bu dəfə məğlub oldu
Futbol üzrə İspaniya Sequndasında 11-ci turun oyunları ke&cce…
Futbol üzrə İspaniya Sequndasında 11-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Tenerife” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 2:3.
İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Yarımmüdafiəçi 61-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Hazırda 21 xala malik “Alkorkon” 22 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.