Ölkə futbolu
İsraildən önə keçdik – “Qarabağ”ın sayəsində
Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunlarında…
Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Keçirilən 24 qarşılaşma ilə cədvəldə müəyyən dəyişikliklər olub.
Ukraynada “Vorskla”nı 1:0 hesabı ilə məğlub edən “Qarabağ” ölkəmizin aktivinə 0,500 xal yazdırıb. Bununla da Azərbaycan bir pillə irəliləyərək 26-cı yerə yüksəlib. Ölkəmiz xalını 19.000-ə çatdıraraq İsraili geridə qoyub.
Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cüdür.