Bizi izləyin

Ölkə futbolu

Maksim Medvedev: “Penalti qazanmağa gedirdim”

 “Qarabağ”ın futbolçusu Maksim Medvedev Avro…

blank
 “Qarabağ”ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə “Vorskla”ya qalib gəldikləri oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli müdafiəçi əvvəlcə qələbəni şərh edib.
 
– Çətin oyun olacağını əvvəlcədən bilirdik. Hava şəraiti amili də var idi. Meydan demək olar ki, donmuşdu. Ötürmə ilə oynamaq bir az çətin idi. Amma bu çətinliklərə dözdük. Öz oyunumuzu oynamağa başladıq. Maraqlı oyun keçirdi. Meydanda mübarizə hiss olunurdu. Azarkeşlər də oyunun daha maraqlı olması üçün şou etdilər. Fikrimcə, bu, bir tərəfdən yaxşı olmasa da, digər tərəfdən bizim xoşumuza gəldi. Baxmayaraq ki, paltardəyişmə otağına getdik. Oyun bir qədər sonra yenidən başladı. Hər şey qaydasında idi. Çünki 1:0 öndəydik. Bizdə motivasiya da yaxşı idi. İstəyirdik ki, axıra kimi "Vorskla" ilə mübarizə aparaq. Təəssüf ki, Bakıdakı oyunda məğlub olmuşduq. Yaxşı ki, bu görüşdə qələbə qazana bildik. Təbii ki, sevinirik. Artıq komandada yaxşı əhval-ruhiyyə yaranıb. Növbəti matçlarda da daha yaxşı oynamalıyıq.
 
– Oyunun dayanmağı motivasiya baxımından sizin xeyrinizə oldu?
– Gizlətməyəcəyəm. Əlbəttə ki, xeyrimizə oldu. Çünki rəqib 0:1 hesabı ilə geridəydi. İstəyirdilər ki, pressinq etsinlər və daha çox vuruşsunlar. Səhv eləmirəmsə, matç 65-ci dəqiqədən etibarən 8 dəqiqə dayandı. Komanda olaraq paltardəyişmə otağına getdik və bir az istirahət etdik. Yenidən meydana qayıtdıq. Demək olar ki, oyunun dayanmağı bizim xeyrimizə oldu.
 
– Oyunun dayandırılma ehtimalını əvvəlcədən düşünmüşdünüz?
– Sözün düzü, hadisəni birinci onların azarkeşləri başlatdı. Biz də bunu normal qarşılayırıq. Belə şeylərlə bizi təəccübləndirmək olmaz. Oyunun davam edəcəyini fikirləşirdik. Sonra bizim azarkeşlər də bəzi vasitələrdən istifadə etdi. Ondan sonra isə oyun dayandı.
 
– Qrupdakı şanslarınızı necə qiymətləndirirsiniz?
– Komandanın aktivində üç xal var. Bu, çox yaxşıdır. Çalışacağıq ki, digər iki çətin rəqibdən də xal alaq. "Vorskla"da bizim kimi mübarizə aparacaq. Biz "Arsenal" və "Sportinq" komandalarının səviyyəsini başa düşürük. Onlara qarşı oynamaq çox çətindir. "Sportinq"lə Bakıda qarşılaşacağıq. Həmin oyuna da çox yaxşı hazırlaşmalıyıq.
 
– Rəqib sizə qarşı qaydanı pozdu və penalti təyin olundu. Həmin an barədə nə deyə bilərsiniz?
– Birinci matçda bizim qapıçımız səhvə yol vermişdi. Bu oyunda isə rəqib səhv etdi. Adi futbol epizodu idi. Müdafiəçi qapıçıya ötürmə verdi. Qapıçının topa müdaxilə etməsini gözlədim. Topa vurmaq istədim. O da mənə toxunmağa məcbur oldu. Əlbəttə ki, həmin an yerə yıxıldım. Həmin epizodda penalti qazanmağa gedirdim.
 
– Meydan sürüşkən idi. Amma rəqiblə müqayisədə siz buna görə problemlə üzləşmədiniz…
– Əslində, biz də çox problem yaşadıq. Qapıçı arada bizə ötürmə verirdi. Amma topa uyğun gedə bilmirdik. Çünki top ya bərk gəlirdi, ya da istiqamətini dəyişirdi. Ot örtüyü donmuşdu, həm də meydanı sulamışdılar.
 
– Ola bilər ki, bunu bilərəkdən etsinlər?
– Buna inanmıram. Qayda var ki, meydanı sulamaq lazımdır. Ona görə ot örtüyü donmuşdu. Biz də əziyyət çəkirdik. Tək biz yox, rəqib də çətinliklərlə üzləşirdi. Top çox sürətli gedirdi, saxlamaq və ötürmə vermək olmurdu.
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-12 09:29

Azərbaycan yığmasından Burqasda qızıl medal

blank
Premyer-liqa2024-05-12 09:00

“Qəbələ” “Sabah”a, “Sumqayıt” “Səbail”ə qarşı

blank
Ölkə futbolu2024-05-12 08:45

Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var

blank
Digər idman növləri2024-05-12 08:22

Bakıdakı Dünya kuboku rekordla başa çatdı

blank
Ölkə futbolu2024-05-12 08:00

Cəlilov – Ağayev duetinin “Zirə əməliyyatı”

blank
Dünya futbolu2024-05-12 02:23

“Real”dan darmadağın

blank
Dünya futbolu2024-05-12 02:00

“Napoli” uduzdu, “Milan” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-12 01:41

“Borussiya” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-12 01:21

“Mançester Siti” və “Çelsi” səfərdə, “Tottenhem” evdə qələbə qazandı

blank
Dünya futbolu2024-05-12 01:00

Şeydayevlə İsgəndərlinin komandası pley-offda

blank
Premyer-liqa2024-05-12 00:45

“Qəbələ” ilə “Sabah”ın 27-ci dueli

blank
Dünya futbolu2024-05-12 00:31

Həsənalızadənin komandası 1-ci Liqaya vida etdi

blank
Ölkə futbolu2024-05-12 00:15

“Qəbələ”də bir itki

blank
Digər idman növləri2024-05-11 23:59

Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-11 23:47

Azərbaycan atleti Daşkənddə ikinci oldu

blank
Digər idman növləri2024-05-11 23:30

Karateçilərdən Avropa çempionatında 3 medal

blank
Digər idman növləri2024-05-11 23:15

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

blank
Digər idman növləri2024-05-11 23:01

“Xəzri” finalda “Sabah”a rəqib oldu

blank
Premyer-liqa2024-05-11 22:47

“Qarabağ”a 1 qol bəs etdi – VİDEO

blank
Premyer-liqa2024-05-11 22:28

“Hakimin qərarını dəyişib penalti verəcəyinə inanmırdım” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-05-11 22:00

“İstədiyimiz oyunu göstərə bilmədik” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-11 21:28

“Zirə” “Qarabağ”a məğlub oldu

blank
Premyer-liqa2024-05-11 21:00

“Dəyişilməli çox şey var” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-11 20:39

“Oyun başlayandan etibarən nəzarətimizdə idi” – Ayxan Abbasov

blank
Əvəzedicilər2024-05-11 20:26

“Neftçi”nin əvəzedicilərindən növbəti darmadağın

blank
Premyer-liqa2024-05-11 19:38

“Araz-Naxçıvan” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-05-11 19:19

Azərbaycan parataekvondoçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-05-11 18:55

“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu

blank
Dünya futbolu2024-05-11 17:22

Krivotsyukun komandası səfərdə xal itirdi

blank
Əvəzedicilər2024-05-11 16:47

34-cü turun təyinatları müəyyənləşdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm