Dünya futbolu
“Qarabağ”ın rəqibinin futbolçusunun ayağı qırıldı
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki r…
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İngiltərənin “Arsenal” klubunun futbolçusu Danni Uelbek ciddi xəsarət alıb.
Futbolinfo.az xəbər verir ki, 27 yaşlı hücumçu Avroliqanın qrup mərhələsinin 4-cü turunda evdə "Sportinq"i qəbul etdikəri matçın (0:0) 25-ci dəqiqəsində zədələnib. Rəqibin cərimə meydançasında yerə yıxılan ingiltərəli oyunçunun topuğu qatlanıb. Hadisədən sonra həkimlər meydana daxil olub. Uelbekə oksigen maskası taxılıb və o, xəstəxanaya çatdırılıb. Futbolçunun ayağının sındığı ehtimal olunur.
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Arsenal”a qarşı keçirdiyi ilk oyunda Bakıda 0:3 hesabıyla məğlub olmuşdu.