Dünya futbolu
Ufuk Budak oynadı, “Boluspor” uduzdu
Futbol üzrə Türkiyə 1-ci liqasında 12-ci turun oyunları …
Futbol üzrə Türkiyə 1-ci liqasında 12-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Dənizlispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 1:2.
Ufuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Boluspor” hazırda 26 xalla 18 iştirakçı arasında ikinci pillədədi.