Dünya futbolu
“Udineze”də yeni baş məşqçi
İtaliyanın “Udineze” klubunda baş məşqçi dəyi…
İtaliyanın “Udineze” klubunda baş məşqçi dəyişikliyi qeydə alınıb.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi ötən gün Xulio Velaskesi istefaya göndərib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu ildən “Udineze”ni çalışdıran 37 yaşlı ispaniyalı məşqçinin istefasına komandanın cari mövsümdəki uğursuz nəticələri səbəb olub.
Klub rəhbərliyi elə həmin gün komandanı yeni baş məşqçiyə tapşırıb. “Udineze”ni bundan sonra Davide Nikola çalışdıracaq.
45 yaşlı italiyalı məşqçi əvvəllər "Lumetsane", "Livorno", "Bari" və "Krotone" komandalarına rəhbərlik edib.
12 turdan sonra 9 xala malik "Udineze" 20 komanda arasında 18-ci pillədə qərarlaşıb.