Dünya futbolu
“Milan”da daha bir ciddi itki
İtaliyanın “Milan” klubu daha bir ciddi itki ilə ü…
İtaliyanın “Milan” klubu daha bir ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisinin futbolçusu Cakomo Bonaventura zədələnib. Bu barədə İtaliyanın “Football İtalia” saytı məlumat yayıb.
Xəbərdə futbolçunun müayinədən keçəcəyi, böyük ehtimalla, əməliyyat olacağı bildirilib. 29 yaşlı futbolçunun əməliyyat olacağı təqdirdə, 3-5 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
“Milan”da Mattia Kaldara, Mateo Mussakio və Lukas Bilya da zədədən əziyyət çəkir. Hər üç futbolçunun 2019-cu ildə yaşıl meydanlara qayıdacağı gözlənilir.
Ürəyində problem olan İvan Ştriniçin isə artıq sağaldığı və yenidən komandayla birgə məşqlərə başlayacağı deyilir.
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Milli komanda2024-05-12 15:31
Millimiz iki yoldaşlıq görüşü keçirəcək