Ölkə futbolu
AFFA-nın bəyənmədiyi oyunçu Almaniya millisində
Azərbaycanlı futbolçu Nihad Fərəcli Almaniyanın U-17 yığ…
Azərbaycanlı futbolçu Nihad Fərəcli Almaniyanın U-17 yığmasının seleksiya məşqlərinə çağırılıb.
Futbolinfo.az- fanat.az-a istinadən xəbər verir ki, "FC 08 Homburq”un hücumçusuna rəsmi dəvət də göndərilib. Sarland Futbol Assosiasiyası Almaniya Futbol Federasiyasının istəyi ilə həmyerlimizə belə desək, namə yollayıb. "Neftçi”nin yetirməsi olan, karyerasını Almaniya Regional Liqasında mübarizə aparan klubun U-17 komandasında sürdürən Nihad təmsil etdiyi bölgədən seçilən 2 oyunçudan biridi.
Maraqlıdı ki, bu futbolçu 2017-ci ilin yayında getdiyi Almaniyaya yollanana qədər AFFA-dakıların yadına düşməyib. Yalnız bir dəfə U-16 millimizin qeyri-rəsmi seleksiya xarakterli məşqində olan Fərəcli milli formaya layiq sayılmayıb.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi