Dünya futbolu
Runi son oyununa çıxdı
Karyerasını ABŞ-ın “Di-Ci Yunayted” klubunda davam etd…
Karyerasını ABŞ-ın “Di-Ci Yunayted” klubunda davam etdirən Ueyn Runi İngiltərə millisində son oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, İngiltərə – ABŞ yoxlama oyunu (3:0) 33 yaşlı futbolçu üçün vida matçı olub. Runi qarşılaşmanın 58-ci dəqiqəsində meydana çıxıb. Bu, onun millidə 120-ci oyunu olub.
2003-cü ildə İngiltərə millisində debüt edən Runi, 53 qolla yığmanın bombardiridir.
Runi futbolçu karyerasının çox hissəsini "Mançester Yunayted"də keçirib.