Dünya futbolu
Ozan Can oynamadı, komandası darmadağın oldu
Futbol üzrə Türkiyə 1-ci liqasında 14-cü turun oyunl…
Futbol üzrə Türkiyə 1-ci liqasında 14-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Qazişəhər Qaziantep”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:5.
Ozan bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Girəsunspor” 14 turdan sonra 17 xalla 18 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var