Ölkə futbolu
Kamran Quliyev: “2-3 legioner alacağıq, gedənlər də olacaq”
“Qış fasiləsində “Neftç”nin güclənm…
“Qış fasiləsində “Neftç”nin güclənməsi mümkündür. Düzdü, qış “transfer pəncərəsi” yaydan fərqlənir. Avropada cəmi 6-7 ölkədə çempionat yaz-payız sistemi ilə keçirilir. Lakin biz axtarışdayıq, artıq bir neçə futbolçu ilə danışmışıq”.
Futbolinfo.az xəbər verir ki, bunu "Neftçi”nin prezidenti Kamran Quliyev deyib. Paytaxt təmsilçisinin rəhbəri 2-3 legioneri heyətə qatmaq istədiklərini bildirib:
"Danışıq apardığımız futbolçuların Bakıya gəlişi gözlənilir. Lakin heç kimlə müqavilə bağlamamışıq. Çünki tibbi baxış və digər məsələlər var. İki, ən çox halda 3 əcnəbi oyunçu ola bilər. Hazırda "Neftçi”nin statusuna uyğun yerli bazarda oyunçu yoxdu. Həmçinin klubdan gedəcək futbolçular da ola bilər”.
Qeyd edək ki, "Neftçi” Premyer Liqada geridə qalan 13 turdan sonra 32 xalla liderdi.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”