Bizi izləyin

Müsahibə

Kamran Quliyev: “Onların bizə verə biləcəyi əsas xeyir yayımdı”

Bu gün AFFA Klublar Komitəsinin iclası keçirilib.

Fut…

blank

Bu gün AFFA Klublar Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, komitə sədri Kamran Quliyev daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Gündəlikdə duran məsələlərdən biri oyunların keçirilmə vaxtı idi. Əvvəlcə bu barədə məlumat verərdiniz…
– Bununla bağlı PFL-lə məsləhətləşdik. İstədik ki, həftəiçi oyunlarda müəyyən sistem olsun. Həmçinin, şənbə və bazar günləri üçün də fərqli saatın təyin edilməsi müzakirə olundu. Klublara uyğun vaxt olmalıdı. Bunda əsas məqsəd azarkeşlərin stadiona gəlməsidi. Məsələn, bazar günü matçları daha erkən vaxta təyin etmək məqsədəuyğundu. Təbii ki, hava şəraiti də nəzərə alınacaq. 

– "Qarabağ"ın Avropa Liqasında "Sportinq"lə matçına cəmi 5500 azarkeş gəlmişdi. Nəzərə alaq ki, hava da soyuq idi. Həftəiçi saat 9-da çempionat oyununa azarkeş gələrmi?
– Məcburiyyətdən ola bilər. Klubların təkliflərini nəzərə alıb, PFL-ə müraciət edəcəyik. Klubları maraqlandıran odu ki, azarkeş oyuna gəlsin. Bununla bağlı məşqçilər də öz aralarında məsləhətləşəcəklər. Yekun təklifi PFL-ə təqdim edəcəyik.

– Hakimlər Komitəsinin yeni sədri Fritz Ştuxlik də iclasda iştirak edirdi. Son vaxtlar kifayət qədər hakim səhvləri olur. Bu məsələ ilə bağlı hansısa müzakirə oldumu?
– Sədr daha çox 3 ay ərzində görülən işlər haqda məlumat verdi. Hakimlərin hazırlıq prosesi, testlər necə keçir… Hamısı UEFA, FİFA standartına uyğundu. Daha çox bunlar müzakirə olundu. Hakim səhvləri barədə fikir mübadiləsi nəzərdə tutulmamışdı. Hakim səhvləri ilə bağlı ötən həftədəki oyunla bağlı rəsmi mövqeyimiz olub. Fritz Ştuxlikin yeni təklifləri oldu. VAR sistemi haqda müzakirələr apardıq. Maliyyə və texniki baxımdan indi bizə uzaq görünə bilər. Amma artıq qonşu ölkələr də bu sistemə keçiblər. Türkiyə çempionatında bu sistem sayəsində nə qədər düzgün qərarların verildiyini özünüz də görürsünüz. Bunun effektliyini bütün dünya qəbul edir. VAR gələcəyin sistemidi. Bundan başqa oyunların protokollarını müvafiq şəxslər əllə doldururlar. Bu, yaxın gələcəkdə yığışdırılmalıdı. Bu sistemi elektron qaydada etsək, həmin şəxslərin səhv etmə ehtimalı azalar. Avropada bu sistemdən istifadə edirlər və protokolları elektron şəkildə doldururlar. Premyer Liqanın inkişafını istəyiriksə, bu sistemə keçməliyik. Bununla bağlı PFL-ə və ya AFFA-ya müraciət olacaq. Tender ola bilər ki, bununla müvafiq təşkilat tapılar.

– Klubların hesabatları bundan sonra rəsmi saytlarda yerləşdiriləcəkmi?
– AFFA-nın Lisenziyalaşdırma Qrupunun bizə verdiyi məlumata görə, klublar yeni ildən maliyyə hesabatlarını elektron şəkildə saytda yerləşdirməlidilər. Bunlar "A" meyarlı hesabatlardı. FİFA-nın, UEFA-nın tələbidi. Fərqin nədən ibarət olduğunu tam deyə bilmərəm. Əsas vaxt məsələsidi ki, buna sərt şəkildə nəzarət olunacaq. Əvvəllər klublara bir neçə günlük güzəşt edilirdi. Ancaq bu şərtlər indi sərtləşib. Klublar təyin olunan vaxta qədər maliyyə hesabatlarını verməlidilər. Bu, şəffaflığın qorunması üçün atılan addımdı. Klublar artıq Lisenziyalaşdırma Qrupu ilə yazışırlar, göndərilən sənədlər var. Bu proses adətən hər il martın sonuna kimi başa çatır.

– VAR sistemi, oyunların keçirilmə vaxtı, lisenziyalaşdırma məsələsi başadüşüləndi. Hakimlərin alt geyim dəstlərinin müzakirəsi o qədərmi vacibdi?
– İclasda ümumi geyim məsələsi müzakirə olundu. Bəzən hakimlərin geyimi komandaların formalarına bənzər şəkildə olur. UEFA da hakimin komandalardan seçilməsini tələb edir. Üst geyim və corablar fərqli olmalıdı. Bəzən şort eyni rəngdə olur. Elə liqalar var ki, hakimlərin geyim dəsti tam eyni olur. İnanın ki, bu məsələnin müzakirəsi heç yarım dəqiqə çəkmədi.

– Adınız məşhur idman geyim firmaları ilə əməkdaşlıqda hallanır. Bu, doğrudumu?
– Mən "Sumqayıt"da da, "Neftçi"də də olanda çalışmışam ki, birbaşa istehsal edən təşkilatla işləyək. Hər iki klub da həmişə formaları təşkilatçılardan alıb. Bütün əlaqə birbaşa istehsalçılarla olub. Mən bu təşkilatları tanıyıram. Mən "Sumqayıt"da işləyərkən "Xoma" şirkəti tərəfindən İspaniyaya dəvət alıb, ora getmişdim. Bu ilin martında isə "Macron" şirkətinin dəvəti ilə İtaliyada oldum. "Neftçi"yə növbəti mövsüm üçün kolleksiya təklif etmişdilər. Ancaq biz "Nike" ilə anlaşdıq. "Xoma"nın mallarını isə birbaşa İspaniyadan aldıq. Vasitəçinin olmaması üçün birbaşa həmin şirkətlərlə işləyirik. Onlarla mənim münasibətim görünür bəzi qüvvələrə vasitədi. Mənim bütün fikrim futboldu. Məni tanıyanlar var, tanımayanlar da ola bilər ki, səhv fikrə düşüblər.

– Qış fasiləsində "Neftçi"də dəyişikliklər gözlənilirmi?
– İstənilən klub heyətini gücləndirmək barədə düşünür. Qış "transfer pəncərəsi" həmişə fərqli olur. Avropada cəmi 6-7 ölkənin həmin vaxt çempionatı bitir. Yaz-payız sistemində olan çempionatların klubları qışda futbolçuları ilə rahat şəkildə vidalaşmırlar. Ancaq yenə də axtarışdayıq və bir neçə futbolçu ilə danışıq aparırıq. Onların hətta bura gəlişi də gözlənilir. Amma heç biri ilə müqavilə bağlamamışıq. Çünki tibbi baxış və digər məsələlərin müzakirəsi də vacibdi.
 
– Neçə futbolçu transferi planlaşdırırsınız?

– Maksimum 3 əcnəbi gətirə bilərik. Yerli futbolçulardan "Neftçi"nin iddiasına, statusuna uyğun olanı yoxdu.
 
– Bəs komandadan kimlərinsə gedişi gözlənilirmi?
– Kimsə gedə bilər.
 
– Klubların hüququnu müdafiə etmək üçün onların haqlarını da tələb etməlisiniz. "CBC Sport"dan pulları nə vaxt istəyəcəksiniz?
– Bugünkü iclasda bu mövzuya toxunulmadı. "CBC Sport"dan başqa şey, yayım vaxtlarının təkmilləşməsini istədik. Bu gün klubları başqa məsələlər maraqlandırır. Orda kimisə müdafiə etməyə ehtiyac da yoxdu. Çünki bütün klubların söz haqqı eynidi. "CBC Sport"la klublar arasında olan məsələlər hələlik həllini tapmayıb. Hamı istəyər ki, klub əlavə gəlir əldə etsin. "CBC Sport"un hazırda bizə verə biləcəyi əsas xeyir yayımdı. Bu yayım da olmasaydı, Premyer Liqanın imici daha da aşağı düşərdi.

İclasda müzakirə olunan bir məsələ də var. UEFA-dan bu il klublara nisbətən çox vəsait daxil olub. AFFA-nın baş katibi Elxan Məmmədov da bunu gündəmə gətirmişdi ki, bu pullar uşaq futboluna ayırılsın. Əslində UEFA bu pulu uşaq futbolunu nəzərə alaraq göndərir. Sirr deyil ki, klubun bəzi ehtiyaclarını qarşılamağa yönələcək rəqəmlər də olacaq. "Neftçi" olaraq biz hesabat vermişik və xarici mütəxəssis də dəvət etmişik. Hər il 1-2 aşağı yaş qrupu komandamız xaricdə təlim-məşq toplanışı keçir. Bu vəsait də tam yerinə düşdü. Etiraf edirik ki, klubun ümumi xərcləri üçün o vəsaitdən istifadə olunur. Amma tövsiyə olunub ki, onun mümkün qədər çoxu uşaq futboluna ayırılsın.

İclasda azarkeşlərlə işlərin təkmilləşdirilməsi məsələsinə də baxıldı. Azərbaycan futbolunda azarkeş qıtlığı yaşanır. Hazırkı rəqəmləri qorumaq və bunun çoxalması üçün addımlar atmalıyıq. Bunun üçün AFFA da öz təkliflərini verməyə hazırdı. Stimullaşdırıcı tədbirlər, konsertlər ola bilər. Əvvəllər lotereyalar keçirilərdi. AFFA azarkeş toplamaq baxımından görüləcək istənilən müsbət işlə bağlı yardımını etməyə hazırdı.

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-12 02:23

“Real”dan darmadağın

blank
Dünya futbolu2024-05-12 02:00

“Napoli” uduzdu, “Milan” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-12 01:41

“Borussiya” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-12 01:21

“Mançester Siti” və “Çelsi” səfərdə, “Tottenhem” evdə qələbə qazandı

blank
Dünya futbolu2024-05-12 01:00

Şeydayevlə İsgəndərlinin komandası pley-offda

blank
Premyer-liqa2024-05-12 00:45

“Qəbələ” ilə “Sabah”ın 27-ci dueli

blank
Dünya futbolu2024-05-12 00:31

Həsənalızadənin komandası 1-ci Liqaya vida etdi

blank
Ölkə futbolu2024-05-12 00:15

“Qəbələ”də bir itki

blank
Digər idman növləri2024-05-11 23:59

Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-11 23:47

Azərbaycan atleti Daşkənddə ikinci oldu

blank
Digər idman növləri2024-05-11 23:30

Karateçilərdən Avropa çempionatında 3 medal

blank
Digər idman növləri2024-05-11 23:15

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

blank
Digər idman növləri2024-05-11 23:01

“Xəzri” finalda “Sabah”a rəqib oldu

blank
Premyer-liqa2024-05-11 22:47

“Qarabağ”a 1 qol bəs etdi – VİDEO

blank
Premyer-liqa2024-05-11 22:28

“Hakimin qərarını dəyişib penalti verəcəyinə inanmırdım” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-05-11 22:00

“İstədiyimiz oyunu göstərə bilmədik” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-11 21:28

“Zirə” “Qarabağ”a məğlub oldu

blank
Premyer-liqa2024-05-11 21:00

“Dəyişilməli çox şey var” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-11 20:39

“Oyun başlayandan etibarən nəzarətimizdə idi” – Ayxan Abbasov

blank
Əvəzedicilər2024-05-11 20:26

“Neftçi”nin əvəzedicilərindən növbəti darmadağın

blank
Premyer-liqa2024-05-11 19:38

“Araz-Naxçıvan” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-05-11 19:19

Azərbaycan parataekvondoçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-05-11 18:55

“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu

blank
Dünya futbolu2024-05-11 17:22

Krivotsyukun komandası səfərdə xal itirdi

blank
Əvəzedicilər2024-05-11 16:47

34-cü turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-05-11 16:33

Azərbaycan cüdoçuları kəmər dərəcələri üzrə imtahan verib

blank
Digər idman növləri2024-05-11 15:58

Azərbaycan cüdoçularından Avropa Kata turnirində bürünc medal

blank
Digər idman növləri2024-05-11 15:30

ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər

blank
Dünya futbolu2024-05-11 14:22

A Seriyasında aprel ayının ən yaxşıları açıqlandı

blank
Digər idman növləri2024-05-11 13:59

“Heydər Əliyev kuboku”nun qalibləri müəyyənləşdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm