Ölkə kuboku
Azərbaycan kubokunda ilk dəfə üz-üzə gələnlər və…
Bu həftə futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhəl?…
Bu həftə futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək.
Futbolinfo.az xəbər verir ki, bu mərhələdə yalnız Topaz Premyer Liqası təmsilçiləri mübarizə aparacaq.
Üz-üzə gələcək cütlərdən birindəki rəqiblər əvvəllər də qarşılaşıb. Digər cütlər ilk dəfə kubokda görüşəcək.
Azərbaycan kuboku
1/4 final
15-19 dekabr
“Neftçi” – “Sumqayıt” (İndiyədək qarşılaşmayıblar)
“Zirə” – “Səbail” (İndiyədək qarşılaşmayıblar)
16-20 dekabr
“Qəbələ” – “Sabah” (İndiyədək qarşılaşmayıblar)
“Qarabağ” – “Keşlə” (7 oyun, +4=1-2, top fərqi 9-5)
Komandaların kubokdakı yolları indiyədək 4 dəfə kəsişib. Bunların ikisində paytaxt təmsilçisi, ikisində Ağdam klubu dueldən qalib ayrılıb. Bu duellər çərçivəsində 7 matç baş tutub. Son 3 oyunda “Qarabağ” qol buraxmadan qələbə qazanıb.
2004/05
1/8 final
Qarabağ (Ağdam) – İnter (Bakı) 1:0, 0:2
2007/08
1/4 final
Qarabağ (Ağdam) – İnter (Bakı) 2:2, 0:1
2008/09
Final
İnter (Bakı) – Qarabağ (Ağdam) 0:1
2015/16
1/2 final
İnter (Bakı) – Qarabağ (Ağdam) 0:4, 0:1