Dünya futbolu
Akinfeyev 4-cü oldu
ÇSKA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu…
ÇSKA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə “Real”ı 3:0 hesabıyla məğlub edib.
Futbolinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, komandalar arasında Moskvada keçirilən görüşdə də 1:0 hesabıyla gələn ÇSKA-da qolkiper İqor Akinfeyev adını Çempionlar Liqasının tarixinə yazdırıb.
Belə ki, hər iki matçda qapısını toxunulmaz saxlayan rusiyalı qolkiper, ÇL tarixində 4-cü qapıçıdır ki, bir mövsümdə “Real”a qarşı keçirdiyi iki oyunda da qol buraxmır.
Bundan əvvəl Edvin van der Sar (Mançester Yunayted, 1995/96), Yens Lemann (Arsenal, 2005/06) və Pepe Reyna (Liverpul, 2008/09) bir mövsümdə “Real”a qarşı keçirdikləri 2 oyunda da qapılarını toxunulmaz saxlamağı bacarmışdı.