Milli komanda
Yığmamızın “sükan”ı arxasına keçsə… multi-milyoner olacaq!
AFFA-nın Robert Prosineçkiyə millimizi yenidən çalı?…
AFFA-nın Robert Prosineçkiyə millimizi yenidən çalışdırmağı təklif etməsi aydın səmada ildırım kimi çaxdı.
Futbolinfo.az xəbər verir ki, bu barədə sportinfo.az saytı məlumat yayıb.
Qurban Qurbanovun 400 günlük fəaliyyətinə birtərəfli son verən AFFA yığmanı məhz ondan əvvəlki mütəxəssisə tapşırmaq istəyindədi.
Bu, yalnız istək olaraq qalmayıb, federasiya onunla danışıqlar masası arxasına əyləşib. Xorvatiyalı təklifi rədd etməyib, qəbul edib.
Dönüşün baş tutması isə yalnız ondan asılı deyil. Prosineçkinin Bosniya və Herseqovina Futbol Federasiyası (BFF) ilə müqaviləsinin başa çatmasına hələ 2 il qalıb. Baş məşqçi ordakı işindən ayrılması üçün AFFA-nın BFF ilə görüşməli olduğunu bildirib.
Prosineçkinin bosniyalılarla müqaviləsinin maliyyə şərtləri bəllidi. Ayda 15 min avro maaş alır. Bu isə ildə 180 min avro deməkdi.
Bosniya və Herseqovina millisi 2020-ci il Avropa çempionatına vəsiqə qazansa, o, daha 300 min avro mükafata sahib olacaq.
Prosineçkinin Azərbaycanda çalışdığı dövrdə illik qazancı köməkçiləri ilə birgə 1,2 milyon avro təşkil edib.
Hələ o vaxt Bosniya mediasının iddiasına görə, AFFA yeni müqavilə imzalamasından ötrü 2017-cı ilin payızında 49 yaşlı mütəxəssisə ildə 1,5 milyon avroluq yeni müqavilə təklif edib. Lakin Azərbaycan millisində maksimuma nail olduğunu bildirərək, razılıq verməyib.
Prosineçki 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin sonunadək müqavilə bağladığı Bosniya və Herseqovina millisində Azərbaycanda da köməkçiləri olmuş Qordan Tsipriç və Draqan Spasiçlə birgə çalışıb.
AFFA bu 2 nəfərin də qayıdışına razıdı. Prosineçki özüylə 10 köməkçi gətirsə belə, federasiya «niyə bu qədər» sualı ilə onu narahat etməyəcək.
Balkanlı mütəxəssis ikinci səfərində daha çox gəlir əldə etmək imkanı yaxalayıb. Hardasa 2,5 milyon avro irəli düşəcək.
Bu, hələ mümkün qazancın yarı hissəsidi. Millimiz AÇ-2020-nin final mərhələsinə yüksələrsə, Prosineçki göstərilən məbləğdən 2 dəfə artığını alacaq.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”