Ölkə futbolu
Plattelasın əvəzinə Braliç?
"Neftçi"nin müdafiəçisi Slavko Brali&cce…
"Neftçi"nin müdafiəçisi Slavko Braliç karyerasını Yunanıstanın OFİ klubunda davam etdirə bilər. Futbolinfo.az yerli "gazzetta.gr" saytına istinadən xəbər verir ki, qış fasiləsində məşqçilər korpusunun qərarı ilə əvəzedici heyətə göndərilən xorvatiyalı futbolçu özü də sözügedən komandaya keçməkdə maraqlıdı. Hazırda tərəflər arasında danışıqların davam etdiyi bildirilir.
Qeyd edək ki, "Neftçi" bir neçə gün öncə OFİ klubundan yunanıstanlı yarımmüdafiəçi Vanqelis Platellası heyətinə qatıb. Bəlkə də Braliçin əks düşərgəyə göndərilməsi bu keçidin bir hissəsidi.