Ölkə futbolu
“Sumqayıt”ın yeni transferindən nümunəvi addım – VİDEO
Sumqayıt”ın yeni transferi Peyman Babayi nümunəvi addım…
Sumqayıt”ın yeni transferi Peyman Babayi nümunəvi addımı ilə diqqət mərkəzinə düşüb.
Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycandan olan futbolçu yeni komandası ilə Bakıya qayıtdıqdan sonra Şəhidlər Xiyabanını ziyarət edib.
Bu barədə o, “İnstaqram” hesabında məlumat paylaşıb. Babayi “Şəhidlərimizin izni ilə Sumqayıt şəhərinə yollandım” sözlərini yazıb.
Qeyd edək ki, Peyman bu qış Cənubi Azərbaycanın “Maşinsazi” klubundan icarəyə götürülüb və 2020-ci ilin yayına qədər “Sumqayıt”ın uğurları üçün çalışacaq.