Dünya futbolu
Avroliqada ilk 1/8 finalçı bəlli oldu
Bu gün futbol üzrə Avropa Liqasında 1/16 final mərhələs…
Bu gün futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin bir cavab oyunu keçirilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə “Sevilya” öz meydanında İtaliyanın “Latsio” klubunu qəbul edib.
Komandalar arasında keçirilən ilk görüşdə “Sevilya” rəqibini minimal hesabla məğlub etmişdi – 1:0. Bu üzdən də ispanların mərhələ adlamaq şansları daha yüksək qiymətləndirilirdi. Gözlənildiyi kimi, cavab matçında daha inamlı qələbə qazanan La Liqa klubu ilk 1/8 finalçı olub.
1/16 final mərhələsinin digər cavab oyunları isə sabah keçiriləcək.
Avropa Liqası
1/16 finalın cavab oyunları
20 fevral
Sevilya (İspaniya) – Latsio (İtaliya) 2:0 (ilk oyun – 1:0)
Qol: Ben Yedder, 20. Sarabiya, 78.
21 fevral
21:55 Arsenal (İngiltərə) – BATE (Belarus) (0:1)
21:55 Dinamo (Xorvatiya) – Viktoriya (Çexiya) (1:2)
21:55 Ayntraxt (Almaniya) – Şaxtyor (Ukrayna) (2:2)
21:55 Napoli (İtaliya) – Sürix (İsveçrə) (3:1)
21:55 Zalsburq (Avstriya) – Brügge (Belçika) (1:2)
21:55 Valensiya (İspaniya) – Seltik (Şotlandiya) (2:0)
21:55 Zenit (Rusiya) – Fənərbaxça (Türkiyə) (0:1)
21:55 Vilyarreal (İspaniya) – Sportinq (Portuqaliya) (1:0)
00:00 Bayer (Almaniya) – Krasnodar (Rusiya) (0:0)
00:00 Benfika (Portuqaliya) – Qalatasaray (Türkiyə) (2:1)
00:00 Betis (İspaniya) – Renn (Fransa) (3:3)
00:00 Çelsi (İngiltərə) – Malmö (İsveç) (2:1)
00:00 Dinamo (Ukrayna) – Olimpiakos (Yunanıstan) (2:2)
00:00 Genk (Belçika) – Salviya (Çexiya) (0:0)
00:00 İnter (İtaliya) – Rapid (Avstriya) (1:0)