Ölkə futbolu
“Sumqayıt”ın üzrxahlığı
“Sumqayıt” klubu israilli yarımmüdafiəçisi …
“Sumqayıt” klubu israilli yarımmüdafiəçisi Əli Babayevin Bakıda yol polisini aldatması ilə bağlı açıqlamasına sərt reaksiya verib. Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov “Qafqazinfo”ya bildirib ki, futbolçu Dövlət Yol Polislərindən üzr istədiyini bildirib: “Komandamızın futbolçusu Əli Babayevin məsuliyyətini dərk etmədən verdiyi açıqlama ilə əlaqədar bildirmək istəyirik ki, klub rəhbərliyi məsuliyyətsiz yanaşmaya görə kəskin iradını bildirib və onu cəzalandırıb. Futbolçu özü də etiraf etdi ki, bilmədən bu səhvə yol verib. Əli Babayev hesab edir ki, Dövlət Yol Polisi əməkdaşı ona qonaq olduğu üçün şifahi xəbərdarlıq edib. O, bunu Dövlət Yol Polisi əməkdaşının böyüklüyü və qonaqpərvərliyi kimi qəbul edir və üzrxahlıq edir”.
Qeyd edək ki, Əli Babayev İsrail mediasına açıqlamasında yol polisini aldatdığını söyləmişdi.