Dünya futbolu
Fransa çempionatında yeni rekordçu
PSJ Fransa çempionatının 26-cı turunda “Nim”i 3:…
PSJ Fransa çempionatının 26-cı turunda “Nim”i 3:0 hesabıyla məğlub edib.
Futbolinfo.az xəbər verir ki, sözügedən qarşılaşma Paris təmsilçisinin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub. Bu barədə Liqa 1-in rəsmi “tvitter” hesabı məlumat yayıb.
“Nim” qarşısında iki qol vuran Mbappe, Liqa 1-də qollarının sayını 51-ə çatdırıb. 20 yaşlı forvard bununla da, Fransa çempionatlarında azı 50 qol vurmağı bacaran ən gənc futbolçu ünvanını qazanıb.
Mbappe bu mövsüm Liqa 1-də 20 qarşılaşmada iştirak edərək, 20 qol vurub.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Milli komanda2024-05-07 14:20
Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?
- Ölkə futbolu2024-05-07 15:32
Şakir mövsüm bitən kimi “Sabah”a qayıdacaq
- Digər idman növləri2024-05-07 15:00
Bakıdakı Dünya Kubokunda növbəti medalçılar müəyyənləşdi