Dünya futbolu
“Bavariya”da itki
Almaniya çempionu “Bavariya” ciddi itkiylə üz…
Almaniya çempionu “Bavariya” ciddi itkiylə üzləşib.
Futbolinfo.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Kinqsli Koman zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə, Komanın Bundesliqanın 23-cü turu çərçivəsində “Herta” ilə keçirilən matçda zədələndiyi və durumuna tibbi müayinədən sonra aydınlıq gələcəyi bildirilib.
Almaniya mətbuatı Komanın 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağını iddia edib.
“Bavariya” “Herta”nı minimal hesabla məğlub edib – 1:0.