Ölkə futbolu
Aslan Kərimov – “CBC Sport” ayrılığının səbəbi açıqlandı
Xəbər verdiyimiz kimi, “CBC Sport” daimi eksperti Aslan …
Xəbər verdiyimiz kimi, “CBC Sport” daimi eksperti Aslan Kərimovla yolları ayırıb.
Futbolinfo.az xəbər verir ki, telekanalın baş direktoru Volkan Üst qol.az-a açıqlamasında xəbəri təsdiqləyib. O, Kərimovun müqaviləsinin başa çatdığını bildirib.
V.Üst veteran futbolçu ilə sözləşmənin artırılmamasının səbəbini isə belə izah edib: "Aslan Kərimovla iki il əməkdaşlıq etdik. Bundan məmnunuq. Sadəcə, efir rəngarəngliyininin artırılması üçün onunla müqavilə uzadılmadı. Çempionatın sonuna yaxınlaşırıq. Gərgin oyunlar gedir. Buna görə də hər dəfə eyni adamın deyil, müxtəlif ekspertlərin şərhinə yer vermək istəyirik. Bir müddət telekanalımızda daimi ekspert olmayacaq. Növbəti layihələrimizdə isə Aslan Kərimovu telekanalımızda görmək istərdik".
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”