AFFA “Dalğa Arena” və “ASCO Arena”da işıqlandırma işləri ilə əlaqədar tender elan edib. 

Futbolinfo.az xəbər verir ki, hər iki arenada görüləcək işlərin siyahısına yanmış lampaların işıq qüllələrində projektorlardan çıxarılması, yeni lampaların quraşdırılması (2000 wt fillips) və yeni quraşdırılımış lampalar ilə projektorların nizamlanması daxildir.

Bildirilib ki, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni müvafiq qaydada dolduraraq aprelin 26-dək AFFA-ya göndərilməlidir. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”i təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, "ASCO Arena"nın əvvəlki adı "Bayıl Arena" olub. Stadionun adı ötən gün dəyişib.  

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp