Bizi izləyin

Ölkə futbolu

Bordinin hədiyyəsi

“Neftçi” bu xal itkisinə görə yalnız baş m…

blank
“Neftçi” bu xal itkisinə görə yalnız baş məşqçisindən narazı qalmalıdı. Aylardı yazılır, deyilir, amma italiyalı mütəxəssis tutduğunu buraxmır. Qorxaqların aqibəti belə olmalı idi. Ehtiyatlı oynamaq olar, lakin sənin müdafiən yalnız hücumçularının fərdi bacarığına görə yaxşı görünürsə, bunu bilməli, ona uyğun davranmalısan.
 
Premyer Liqada 24-cü tur sürprizsiz keçirdi. “Qarabağ” gözlənilən qələbə sayəsində çempionluq mübarizəsinə davam edirdisə, “Sumqayıt”la “Keşlə”nin növbəti məğlubiyyətləri onların mövsümün ən zəifləri olması haqda deyilənləri təsdiqləyirdi. Kəsəsi, bütün matçlarda favoritlər qalib gəlmişdi. Bircə qalırdı “Neftçi”nin “Səbail”i üstələyərək bir gün əvvəl oyun sayında əldən verdiyi liderliyi qaytarması.
 
Əvvəlki turlarda rəqibindən daha tez meydana çıxan bakılılar sonradan “Qarabağ”ın qələbəsini görmüşdü. Bu dəfə isə ağdamlılar gözləmədə idi və “Neftçi” psixoloji basqıdan çıxa bilmədi.
 
Əslində, hər şey əla gedirdi – “Neftçi” hesabı açmışdı, oyuna diqtə edirdi, liderliyini qorumaq üçün əla şans qazanmışdı. Və birdən Bordinin adəti yadına düşdü, növbəti dəfə hesabı qorumaq üçün beşli müdafiəyə keçdi. Bir neçə oyunda bunun əziyyətini çəkən, axırıncı dəfə bu üsulla “Qəbələ”yə xal bağışlayan italiyalı yenə komandaya zərbə vurdu. Subut olundu ki, müdafiəçi sayını artırmaq hələ düzgün müdafiə olunmaq demək deyil. Bununla rəqibin öz üstünə daha çox gəlməsini təmin edirsən.
 
Aftandil Hacıyev daha uğurlu əvəzetməyə əl atdı. O, həm oyun sistemini dəyişdi, həm də irəlidə aqressiv oynamaq üçün yetirmələrini ruhlandırdı. “Səbail”in bərabərlik qolunu çempionatın ən gənc oyunçusu Ədilxan Qaraəhmədov vurdu. O, Mamadu Mbodju asanca zərərsizləşdirdi və uzaq küncə qarşısıalınmaz zərbə vurdu. Az sonra ağır Mbodj Ağabala Ramazanova – bu dəfə sürətdə – uduzdu və meydan sahibləri 2:1 hesabıyla önə keçdi.
 
“Neftçi” bir məşqçinin edə biləcəyi ən ağılsız addımın qurbanı olmuşdu. Yarımmüdafiəni gücləndirmək və ya topu öndə saxlamaq üçün hücumları sıralamaq əvəzinə müdafiəçi sayını artırmaqla komandanı təzyiq altına salan Bordini məğlubiyyətdən həmin Mbodj xilas etdi. Hücumçu Canluka Sansonedən 4 dəfə çox qol vuran Mamadu son saniyədəki dəqiq baş zərbəsi ilə həm də səhvlərini unutdurmağa çalışdı.
 
Lakin bu qol “Neftçi” üçün heç nəyi dəyişmir. İstənilən halda, çempion olmaq üçün son turda “Qarabağ”ı yenmək lazım gələcək. Məğlubiyyət təqdirində də eyni tələb olacaqdı. Əvəzində Aleksandr Rıbkanın hirslənərək qırmızı vərəqə almasına da səbəb olan sonuncu qol “Qəbələ“nin işinə yaradı. “Qara-qırmızılar” 3-cü pillə uğrunda mübarizədə əsas rəqiblərinin xal itkisinə sevinməlidi.
 
Lider dəyişdi, amma böyük ölçüdə heç nə dəyişmədi. “Neftçi” yenə çempionluq şansını öz əlində saxlayır, sadəcə, indi ağdamlılarla şəxsi oyunda heç-heçə sərf etməyəcək, bugünədək “Qarabağ” həmin matçda qələbə qazanmağa məhkum idisə, indi bakılılar eyni məcburiyyətdədi.
 
Lideri dəyişən “Səbail”i də alqışlamaq lazımdı. İlk yarını bərbad keçirən komanda fasilədən sonra toparlandı. Heyət baxımından qonaqlardan zəif olan bayıllıların baş məşqçisi Aftandil Hacıyev həmkarının səhvlərindən maksimum istifadə etdi. Düzgün əvəzləmələr, daha cəsarətli futbol qələbə də gətirə bilərdi.
 
Maraqlıdı ki, gün ərzində baş tutan hər iki oyunu 1-ci hissəsi qolsuz bitdi, fasilədən sonra isə 7 top vuruldu. Və yalnız digərlərindən 1 qol az vuran “Keşlə” xal qazana bilmədi.
 
FƏRİD
Reklam

Reklam


blank
Ölkə futbolu2024-07-27 01:16

Hüseynovun komandasından yeni mövsümdə ilk qələbə

blank
Ölkə futbolu2024-07-26 23:54

“Şamaxı” serbiyalı futbolçu transfer etdi

blank
Ölkə futbolu2024-07-26 23:00

“Turan Tovuz” Türkiyə toplanışını yekunlaşdırdı

blank
Ölkə futbolu2024-07-26 22:22

“Zaqatala”dan Belarus klubuna

blank
Ölkə futbolu2024-07-26 21:36

“Kəpəz”dən darmadağın

blank
Digər idman növləri2024-07-26 20:00

Gənc cüdoçular Berlin Avropa Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-07-26 19:11

“Şamaxı”dan növbəti qələbə

blank
Dünya futbolu2024-07-26 18:55

“Çelsi”nin futbolçusu Fransa klubunda

blank
Ölkə futbolu2024-07-26 18:29

“Səbail”in keçmiş futbolçusu 2-ci Liqa klubunda

blank
Digər idman növləri2024-07-26 18:15

Dünya çempionuna 10 yerlik cəza

blank
Digər idman növləri2024-07-26 18:00

Parisdə şübhəli bilinən rusiyalı

blank
Ölkə futbolu2024-07-26 17:42

“Kəpəz” üçün daha bir tərəfdaş

blank
Müsahibə2024-07-26 17:25

Veşoviç: “Ev oyununda da qalib gəlmək istəyirik”

blank
Dünya futbolu2024-07-26 17:11

“Napoli”ni “Everton”a dəyişdi

blank
Digər idman növləri2024-07-26 16:54

Paris Olimpiadasının büdcəsi açıqlandı

blank
Ölkə futbolu2024-07-26 16:36

“Sabah” legioneri ilə vidalaşdı

blank
Ölkə futbolu2024-07-26 16:31

Umudluya yeni təyinat

blank
Digər idman növləri2024-07-26 16:17

Tarixdə ilk dəfə – Olimpiadada milyarder iştirak edəcək

blank
Dünya futbolu2024-07-26 16:00

Superkubok matçını idarə edəcək hakim bəlli oldu

blank
Digər idman növləri2024-07-26 15:42

ESPN 21-ci əsrin ən güclü MBA oyunçularını açıqladı

blank
Ölkə futbolu2024-07-26 15:30

Klublarımızın yay transferləri – YENİLƏNİR

blank
Ölkə futbolu2024-07-26 15:24

Elvin Yunuszadə “Qəbələ”də?

blank
Ölkə futbolu2024-07-26 15:07

Erməni futbolçu Bakıya gələcəkmi?

blank
Dünya futbolu2024-07-26 14:52

Argentinalı futbolçu oğurluğun qurbanı oldu

blank
Digər idman növləri2024-07-26 14:37

Paris-2024: Azərbaycan sablyaçısının ilk rəqibi bəlli oldu

blank
Ölkə futbolu2024-07-26 14:22

Birinci Liqa klubu iranlı futbolçu ilə müqavilə bağladı

blank
Ölkə futbolu2024-07-26 14:11

AFFA Hakimlər Komitəsi belçikalıya tapşırıldı

blank
Digər idman növləri2024-07-26 14:03

Fransalı atlet hicaba görə açılış mərasiminə buraxılmadı

blank
Ölkə futbolu2024-07-26 13:46

Azərbaycan karateçiləri üçün Rusiya sınağı

blank
Digər idman növləri2024-07-26 13:30

Açılış mərasimi ilə bağlı mətbuat konfransı ləğv edildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm