Dünya futbolu
Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu – FOTO
Türkiyənin “Kayserispor” klubunun əsas və U-21 kom…
Türkiyənin “Kayserispor” klubunun əsas və U-21 komandaları arasında baş tutan yoxlama oyununda gözlənilməz hadisə yaşanıb.
Futbolinfo.az xəbər verir ki, əsas komandanın heyətində meydana çıxan klubun 19 yaşlı yetirməsi Batuhan İlhanın ağzına arı girib. 18-ci dəqiqədə baş verən bu hadisədən sonra gənc futbolçunun halı pisləşməyə başlayıb. Həkimlərin ilkin müdaxiləsinə baxmayaraq, o, oyunu davam etdirə bilməyib və dərhal xəstəxanaya götürülüb.
Kayseri təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, Batuhan xəstəxanada tibbi müdaxilələrin ardından evə buraxılıb.
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq