Ölkə futbolu
AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir
Region Liqasının II pley-off mərhələsi çərçivəsin…
Region Liqasının II pley-off mərhələsi çərçivəsində keçirilmiş "Füzuli” – "FC Baku” oyunu ilə bağlı qərar verilməyib. 06.04.2019-cu il tarixində reallamış matçın nəticəsinin manipulyasiyası şübhəsi var. Bununla bağlı AFFA-ya məlumat daxil olub və liqanın yarımfinal mərhələsində aprelin 22-də təşkil olunması nəzərdə tutulan "FC Baku” – "Şahdağ” oyunu qeyri-müəyyən vaxta təxirə salınıb.
AFFA hələ də bu matçla bağlı qərar verə bilmir. Araşdırma davam etdiyindən rəsmi qərarı açıqlamaq mümkün deyil. Halbuki digər yarımfinal matçı baş tutub və finalçı rəqibini gözləyir. Mövsümü yekunlaşdırmaq lazım olduğundan digər cütün qalibinin bilinməsi də şərtdi. Lakin…
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, “Füzuli”nin rəsmi şikayətinə əsasən başladılan araşdırmalara hüquq-mühafizə orqanları da qarışıb. Prosesin uzanmasının səbəbi budur. Bakılılar çək-çevir edilir, eyni zamanda rəqibin bir neçə futbolçusu sorğu-suala çəkilib.
Çox güman, paytaxt klubu yarışdan kənarlaşdırılacaq və “Şahdağ” oynamadan finala vəsiqə əldə edəcək. “Füzuli”nin bəzi oyunçuları olaylara qarışdığından, bu komandanın yarımfinala buraxılması mümkünsüz görünür. Əsl həqiqət araşdırmalar yekunlaşandan sonra üzə çıxacaq. Daha bir neçə gün gözləmək lazımdı.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var