Premyer-liqa
Premyer Liqada mövsümün son ev oyunu
Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı tur…
Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, eyni gündə – aprelin 27-də baş tutacaq tur “Zirə” üçün mövsümün son ev oyunu ilə əlamətdar olacaq.
Bu qarşılaşma iki komanda arasında 16-cı çempionat matçı olacaq. İlk dəfə 2015-ci ildə gələn rəqiblər 4 mövsüm ərzində 15 dəfə münasibətlərini aydınlaşdırıb. 4 dəfə rəqibindən bir xal alan “Zirə” 11 oyunda uduzub. “Qarabağ”ın qapısından 6 top keçirən bu komanda 30 qol buraxıb. “Qartallar”ın qollarına 5 futbolçu imza atıb ki, Mirsayib Abbasov digərlərindən çox – 2 dəfə fərqlənib.
8-ci dəfə ağdamlıları qəbul edəcək “Zirə” əvvəlki 7 ev oyununda 2 xal qazanıb. 5 dəfə uduzan “Zirə” futbolçuları 3 qol vurub və 15-ni buraxıb.
Qeyd edək ki, rəqiblər cari mövsümdə üç dəfə üz-üzə gəlib. Mövsümün ilk yarısında iki qələbə qazanan “Qarabağ” öz meydanında 3:2, “Zirə”nin ev oyununda 6:0 hesabı ilə qalib gəlib. 3-cü dövrənin səfər görüşündə isə zirəlilər bir xal əldə edib – 0:0.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”