Ölkə futbolu
HAŞİYƏ: “Formula-1” qəza ilə başladı
“Formula-1” üzrə Azərbaycan Qran-prisində ilk qəz…
“Formula-1” üzrə Azərbaycan Qran-prisində ilk qəza baş verib.
Futbolinfo.az xəbər verir ki, bu hadisə birinci sərbəst yürüş zamanı yaşanıb.
Belə ki, “Uilyams” komandasının pilotu Corc Rassell idarəetməni itirib. Onun bolidi kanalizasiya qapağının yaxşı bərkidilməmiş hissəsinə çıxıb. Nəticədə bolidin alt hissəsində problem yaranıb və avtomobil evakuasiya olunub.
Bu səbəbdən Corc Rassell də çıxışını dayandırıb. Həmçinin bolidin hissələri trassa səpələndiyindən yürüş dayandırılıb.
Qeyd edək ki, bu qəzadan sonra Beynəlxalq Avtomobil Federasiyası bütün kanalizasiya qapaqlarını yoxlamağa qərar verib.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”