Dünya futbolu
“Borussiya” büdrədi, “Bavariya” xal fərqini artırdı
Futbol üzrə Almaniya Bundesliqasında 32-ci turun oyunları ke&c…
Futbol üzrə Almaniya Bundesliqasında 32-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, şənbə günü beş oyun baş tutub.
Münhenqladbax “Borussiya”sı doğma meydanda “Hoffenhaym”la məhsuldar heç-heçəyə razılaşıb. “Herta” “Ştutqart”ı, “Volfsburq” “Nürnberq”i məğlub yola salıb.
Lider “Bavariya” bu turda doğma azarkeşləri qarşısında “Hannover”i qəbul edib və inamlı qələbə sayəsində çempionluğa bir addım da yaxınlaşıb. Dortmund “Borussiya”sı isə “Verder” səfərinə yollanıb və bu oyunda da xal itirməklə çempionluq şansını möcüzəyə buraxıb.
Almaniya Bundesliqası
32-ci tur
3 may
Maynts – Leyptsiq 3:3
Qol: Onisivo, 43. Niakate, 67. Mateta, 83 – Klostermann, 20; 32. Verner, 49.
4 may
Bavariya – Hannover 3:1
Qol: Levandovski, 27. Qoretska, 40. Riberi, 84 – Jonatas, 51-pen.
Borussiya (Münhenqladbax) – Hoffenhaym 2:2
Qol: Ginter, 72. Drmiç, 84 – Kaderabek, 32. Amiri, 79.
Herta – Ştutqart 3:1
Qol: İbişeviç, 40. Duda, 45. Kalu, 67 – M.Qomes, 70.
Volfsburq – Nürnberq 2:0
Qol: Klaus, 38. Tisserand, 78.
Verder – Borussiya (Dortmund) 2:2
Qol: Mohvald, 70. Pizarro, 75 – Pulişiç, 6. Alkaser, 41.
5 may
15:30 Şalke – Auqsburq
17:30 Frayburq – Fortuna
20:00 Bayer – Ayntraxt
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”