Dünya futbolu
PSJ-dən qələbə, “Monako” yenə uduzdu
Futbol üzrə Fransa çempionatında 36-cı turun oyunları …
Futbol üzrə Fransa çempionatında 36-cı turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, şənbə günü altı qarşılaşma baş tutub.
Bir neçə tur əvvəl çempionluğunu rəsmiləşdirən PSJ, səfərdə “Anje”nin qonağı olub və çətin qələbəyə sevinib.
Uğursuz mövsüm keçirən “Monako” isə “Nim”lə qarşılaşıb və məğlubiyyətlə üzləşib.
“Amyen” – “Tuluza”, “Dijon” – “Strasburq” və “Nitsa” – “Nant” görüşlərində qalib müəyyənləşməyib. Beş qolun vurulduğu “Kan” – “Reyms” matçında isə meydan sahibləri qələbə qazanıblar.
Fransa Liqa 1
36-cı tur
10 may
Sent-Etyen – Monpelye 0:1
Qol: Laborde, 64.
11 may
Anje – PSJ 1:2
Qol: Tait, 88 – Neymar, 20. Di Maria, 58.
Amyen – Tuluza 0:0
Kan – Reyms 3:2
Qol: Ninqa, 14. Fajr, 40. Jilbert, 45 – Dumbiya, 37. Zeneli, 82-pen.
Dijon – Strasburq 1:1
Qol: Tavares, 40-pen – Ayorke, 68.
Nim – Monako 1:0
Qol: Ripar, 9.
Nitsa – Nant 1:1
Qol: Sarr, 55 – Mutussami, 29.
12 may
17:00 Renn – Genqam
19:00 Lill – Bordo
23:00 Olimpik (Marsel) – Olimpik (Lion)