Dünya futbolu
Avroliqanın Bakı finalına yeni formalarla
UEFA İtaliyanın Macron şirkəti ilə 3 illik müqavilə imzalay…
UEFA İtaliyanın Macron şirkəti ilə 3 illik müqavilə imzalayıb.
Futbolinfo.az qurumun saytına istinadən xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub. Sözləşməyə əsasən şirkət 2023-cü ilə qədər qitə turnirlərində hakimləri forma ilə təmin edəcək.
Yeni formalardan ilk dəfə Bakıda keçiriləcək Avropa Liqasının finalında istifadə olunacaq. Hakimlər İspaniyanın paytaxtı Madriddəki Vanda Metropolitano stadionundakı Çempionlar Liqasının finalında da yeni formalar geyinəcəklər.
Macron UEFA hakimləri üçün formalar hazırlayan ilk İtaliya şirkətidi.
Qeyd edək ki, İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Həlledici oyun italiyalı FIFA referisi Canluka Rokkinin rəhbərlik etdiyi hakimlər briqadasına tapşırılıb.
Çempionlar Liqasının Linalında isə İngiltərənin "Liverpul" və "Tottenhem" komandaları iyunun 1-də üz-üzə gələcəklər. Bu qarşılaşma isə sloveniyalı Damir Skominaya həvalə olunub.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”