Ölkə kuboku
“Qəbələ” ilk kubokunu belə təqdim etdi – FOTOLAR
“Qəbələ” tarixində ilk dəfə qazandığı Azərbaycan…
“Qəbələ” tarixində ilk dəfə qazandığı Azərbaycan kubokunu doğma meydanında azarkeşlərinə bayram tədbiri ilə təqdim edib.
Futbolinfo.az xəbər verir ki, qarşılanma mərasimi şəhər stadionunda olub. Mərasimi giriş sözü ilə açan Qəbələ rayon icra hakimiyyətinin başçısının birinci müavini Abil Ağasəfov klubun tarixi haqqında geniş məlumat verib.
Daha sonra səhnəyə klubun məşqçisi Sənan Qurbanov və komanda üzvləri azarkeşlərin alqış sədaları altında çıxıblar. Klub rəhbərliyi və futbolçular meydana da daxil olaraq, azarkeşlər qarşısına yollanıblar. Onlar kubok sevincini sadiq fanatlarla bölüşüblər.
Sonda Roza Zərgərli və Pərviz Bülbülənin iştirak ilə konsert proqramı təşkil edilib.
Qeyd edək ki "Qəbələ" finalda "Sumqayıt"ı 1:0 hesab ilə məğlub edərək ölkə kubokuna sahib olub.