Ölkə futbolu
“Zirə”dən ayrılan futbolçu rəsmən “Sumqayıt”da
2019/20 mövsümü üçün transfer ç…
2019/20 mövsümü üçün transfer çalışmalarına start verən “Sumqayıt” ilk futbolçu transferini reallaşdırıb.
Futbolinfo.az xəbər verir ki, sözügedən klub son mövsümü “Zirə”də keçirmiş Vüqar Mustafayevlə anlaşıb. 1 illik müqaviləyə imza atan dayaq yarımmüdafiəçisi “Sumqayıt”da 6 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Vüqar Mustafayev “Zirə” ilə yanaşı (79 oyun, 1 qol), “Bakı” (16 oyun), “Simurq” (13 oyun) və “Qarabağ”ın (6 oyun) uğurları üçün çalışıb.
U-21 (8 oyun) və A millimizin də (1 oyun) formasını geyinmiş Vüqar U-23 millimizin heyətində IV İslam Həmrəylik Oyunlarının qalibi olub.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Premyer-liqa2024-05-11 18:55
“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var
- Digər idman növləri2024-05-11 15:30
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər