Bizi izləyin

Milli komanda

UEFA-dan AÇ-2020 üçün rekord sayda bilet

UEFA futbol üzrə Avropa çempionatının 60-cı ildön…

blank
UEFA futbol üzrə Avropa çempionatının 60-cı ildönümünü qeyd etmək məqsədilə ilk dəfə bütün qitə üzrə keçiriləcək AVRO-2020 üçün bilet satışı siyasətini və bilet qiymətlərini açıqlayıb. 
Futbolinfo.az xəbər verir ki, 2020-ci ilin 12 iyun – 12 iyul tarixləri arasında keçiriləcək yarış çərçivəsində 24 iştirakçı komandanın oyunları 12 müxtəlif şəhərdə təşkil olunacaq. Bunlar Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburqdur.
Oyunlara rekord sayda – 3 milyon bilet satılacaq ki, bu da həmişə olduğundan daha çox azarkeşin matçları canlı izləmək imkanına sahib olacağı anlamına gəlir. Yeni “LIVE IT. FOR REAL” sloqanı azarkeşləri stadionda oyunları canlı şəkildə izləməyə həvəsləndirən və ruhlandıran bir şüardır. İki milyon yarıma yaxın bilet (UEFA AVRO-2016 üçün ümumi bilet sayından daha çox) iştirakçı komandaların azarkeşləri və ictimaiyyət üçün ayrılıb.

‘Fans First’ (Öncə azarkeşlər)
• UEFA AVRO-2020 turnirinin tamaşaçı biletlərinin 82%-i iştirakçı komandaların tərəfdarları və ictimaiyyət üçün nəzərdə tutulub;
• 44 oyun üçün 1 milyon bilet 50 avro və ya daha ucuz qiymətə satılacaq;
• Londonda keçiriləcək iki yarımfinal və final oyunlarına biletlərin 40 minini 100 avrodan daha ucuz qiymətə əldə etmək mümkün olacaq ;
• Satışların ilkin mərhələsində bilet üçün müraciət etmiş, lakin bilet əldə edə bilməmiş azarkeşlər bilet alışı üçün yeni imkanlar olan kimi (digər müraciətçilərin uğursuz ödənişləri və ya bilet qaytarmaları səbəbindən), birinci məlumatlandıracaqlar.

Bilet məhsulları
Biletlər seçim üzrə iki növə bölünəcək:
• Fərdi biletlər: Bir stadionda bir matç üçün biletlər;
• “Komandamı təqib edirəm" biletləri (2019-cu ilin dekabr ayından başlayaraq): Oyunun keçiriləcəyi yerdən asılı olmayaraq, azarkeşlərə sevimli komandalarının pley-off mərhələsi matçında iştirakına imkan yaradan biletlər. Komanda yarışı pley-off mərhələsindən öncə tərk edərsə, o zaman bilet üçün edilmiş ödəniş azarkeşə tam şəkildə geri qaytarılacaq.
UEFA tərəfindən hər matç üçün əlilliyi olan azarkeşlərə stadionda harada yerləşməsindən asılı olmayaraq, ən aşağı qiymət kateqoriyası ilə satılacaq müəyyən sayda bilet ayrılacaq. Bundan əlavə, əlilliyi olan azarkeşlər, həmçinin onları müşayiət edən şəxs üçün də pulsuz yerdən ötrü müraciət edə bilərlər. 
euro2020.com/tickets vasitəsi ilə bilet müraciəti üçün müddət
2019-cu il 12 iyun tarixindən 12 iyuladək davam edəcək bilet satışının ilk mərhələsi zamanı ictimaiyyətə 1.5 milyon bilet satılacaq ki, bu da 2016-cı ilin Avropa Çempionatı ilə müqayisədə 50% çoxdur.
2019-cu il dekabrın əvvəllərində start götürəcək bilet satışının ikinci mərhələsi zamanı, iştirakçı komandaların azarkeşlərinə 1 milyon bilet satılacaq, bu isə 2016-cı il ilə müqayisədə 20% çoxdur. Bu satışlar 2019-cu il noyabrın 30-da keçiriləcək final mərhələsinin püşkatma mərasimindən sonra başlayacaq. 
Satışların digər mərhələsi 2020-ci ilin aprel ayında keçiriləcək, çünki UEFA AVRO-2020-də iştirak edəcək son dörd komanda 26-31 mart 2020-ci ildə keçiriləcək Avropa təsnifat mərhələsinin pley-off oyunlarından sonra müəyyənləşəcək. 
Bütün biletlər yalnız internet vasitəsi ilə və yalnız euro2020.com/tickets veb-səhifəsində satılacaq.
Bütün matç və kateqoriyalarda tələbin təklifi üstələdiyi halda biletlər ədalətli və şəffaf lotereya vasitəsi ilə ayrılacaq. Müraciətin 2019-cu il 12 iyun – 12 iyul tarixləri arasında nə zaman edildiyindən asılı olmayaraq, bütün ərizəçilər uğurlu olmaq üçün bərabər şanslara malikdir. 
Biletlərin kateqoriya və qiymətləri
AVRO 2020 üçün biletlər üç qiymət kateqoriyası ilə təklif olunacaq. Ev sahibi şəhərlər yerli sakinlərin alıcılıq qabiliyyətindən və orta gəlir səviyyəsindən asılı olaraq iki qiymət qrupuna bölünüb. 
A qrupuna Amsterdam, Bilbao, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq şəhərləri, B qrupuna isə Bakı, Buxarest və Budapeşt şəhərləri daxildir.
Qiymət qrupları sistemi bütün turnir ərzində tətbiq olunur. Nəticə etibarilə, Bakıda keçiriləcək 1/4 final oyunu üçün biletlər Münhen, Roma və Sankt-Peterburqda keçiriləcək 1/4 final matçlarının biletlərinə nisbətən daha ucuzdur.
A QRUPU: AMSTERDAM, BİLBAO, KOPENHAGEN, DUBLİN, QLAZQO, LONDON, MÜNHEN, ROMA, SANKT-PETERBURQ
B qrupu: Bakı, Buxarest və Budapeşt
Yarımfinallar və final: London
 
Yarımfinallar
Final
“Fans First”
€85
€95
Kateqoriya 3
€195
€295
Kateqoriya 2
€345
€595
Kateqoriya 1
€595
€945
Hər bir ev sahibi ölkədə tətbiq olunan Əlavə Dəyər Vergisi (ƏDV) bilet qiymətinə daxildir və bu, UEFA tərəfindən ödəniləcək.

Rəsmi “Yenidən Satış” platforması
Biletlərin yenidən satışı üçün platforma azarkeşlərə biletlərini euro2020.com/tickets veb-səhifəsi vasitəsi ilə nominal dəyərə yenidən satışa çıxarmalarına imkan verir. Biletlərin yenidən satış platforması 2020-ci ildə fəaliyyət göstərəcək. Bu platforma azarkeşlərin rəsmi UEFA satış kanalı vasitəsilə biletlərini təhlükəsiz şəkildə digər azarkeşlərdən almalarına imkan yaradacaq. Bu, etibarsız və ya saxta biletlər əldə etmək riskini aradan qaldırır və bilet satıcılarının pullarını tam məbləğdə geri almalarına şərait yaradır.

Qonaqpərvərlik paketləri
12 iyun 2019-cu ildən etibarən bütün stadionlar üçün rəsmi qonaqpərvərlik paketləri olacaq. Bu paketlər daxilində şəxsi kabinetlər, biznes zalları və daha rahat şəraitli klublar kimi bir sıra seçimlər mövcuddur. 

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-15 15:55

Albonla yeni müqavilə

blank
Ölkə futbolu2024-05-15 15:38

AFFA 4 kluba lisenziya vermədi

blank
Digər idman növləri2024-05-15 15:18

Olimpiadaya doğru: 68 mərhələlik məşəl estafeti başladı

blank
Digər idman növləri2024-05-15 15:01

Olimpiya kəndində uşaq bağçası olacaq

blank
Ölkə futbolu2024-05-15 14:54

Üç liqada final mərhələsinin püşkü atılıb

blank
Ölkə futbolu2024-05-15 14:39

Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu

blank
Dünya futbolu2024-05-15 14:24

De Bröyne Fabreqasın rekordunu təkrarladı

blank
Digər idman növləri2024-05-15 14:07

“Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib

blank
Digər idman növləri2024-05-15 13:54

Millimizin Qızıl Avropa Liqası üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-05-15 13:36

AVF rəsmiləri Tovuz Regional Voleybol Klubunun qonağı olublar

blank
Ölkə futbolu2024-05-15 13:18

II Liqada Nəsibov, Premyer Liqada yalnız “Kəpəz”lilər

blank
I Liqa2024-05-15 13:00

I Liqada 26-cı turun 3 oyunun təyinatları bəlli oldu

blank
Digər idman növləri2024-05-15 12:42

Şumaxerin saat kolleksiyası 4,4 milyona satıldı

blank
Digər idman növləri2024-05-15 12:25

Həlledici mərhələ başlayır

blank
Digər idman növləri2024-05-15 12:08

İtaliya qran-pridən məhrum ola bilər

blank
Digər idman növləri2024-05-15 11:51

“Rolan Qarros”: Turnirin ikiqat finalçısı yarışlara dəvət almadı

blank
Digər idman növləri2024-05-15 11:37

Son çempion dönüş etməyə yaxındır

blank
Ölkə futbolu2024-05-15 11:22

Marakvelidze: “Bir neçə təklifim var”

blank
Ölkə futbolu2024-05-15 11:07

Tovuzluların Niderland səfəri

blank
Ölkə futbolu2024-05-15 10:50

“Qəbələ”ni hansı aqibət gözləyir?

blank
Dünya futbolu2024-05-15 10:35

41 il sonra yenidən ÇL-də

blank
Digər idman növləri2024-05-15 10:17

Avqustda Meyvezerin döyüşü olacaq

blank
Digər idman növləri2024-05-15 09:59

“Ölçülərin mənası olsaydı, meşənin şahı fil olardı”

blank
Ölkə futbolu2024-05-15 09:42

Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq

blank
Digər idman növləri2024-05-15 09:25

“Mercedes” sürücüsünə mükafat verildi

blank
Digər idman növləri2024-05-15 09:10

“Bu il yığma komandada gənc oyunçular da çoxdur”

blank
Ölkə futbolu2024-05-15 08:52

“Qarabağ” – 34 çempiondan biri

blank
Ölkə futbolu2024-05-15 08:35

Musa Bakıya rəqib kimi gələ bilər

blank
Ölkə futbolu2024-05-15 08:17

Mirzov mövsümün bitməsini gözləyir: “Ondan sonra vəziyyətə baxacağıq”

blank
Müsahibə2024-05-15 08:00

Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm