Ölkə futbolu
Adeniyiyə Macarıstandan təklif var
“Qəbələ” yerli oyunçu transferini yekunlaşdır?…
“Qəbələ” yerli oyunçu transferini yekunlaşdırıb. Boşda qalan oyunçuları heyətə cəlb etməkdənsə, akademiyanın yetirmələrinə güvənməyi lazım bilən əyalət klubu daha çox əcnəbi axtarışına üstünlük verir.
Futbolinfo.az xəbər verir ki, ödənişi klub büdcəsinə uyğun olan legionerlər axtaran “Qəbələ” hələlik heç bir qərar verməyib. Lakin yaxın günlərdə belə əcnəbilərin gəlişi gözlənilir. Bir neçə belə oyunçu ilə güclənəcək komanda Avropa Liqasındakı ilk oyununadək heyəti müəyyənləşdirməyə çalışır.
Klubdan ayrılanlar bəllidi. Lakin hələ də Ceyms Adeniyiyə müştəri tapılmayıb. Bu futbolçunu sataraq pul qazanmaq istəyən “qırmızı-qaralar” gələn təklifləri götür-qoy edir. Ən real təklif Macarıstandan gəlib. Bu ölkənin klublarından biri Ceymsi almaq istəyir. Hələlik təklif edilən məbləğ qaneedici olmadığından “Qəbələ” gözləməyi lazım bilir.
Adeniyinin icarəyə verilməsi də mümkündü. Yaxın bir həftə ərzində bu legioneri hansısa formada göndərmək mümkün olmasa, futbolçu komandanın məşqlərinə qoşulmalı olacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…