Dünya futbolu
Əmrə yenidən “Fənərbaxça”da – RƏSMİ
Türkiyənin “Fənərbaxça” klubu heyətini yen…
Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi “Başakşəhər”dən ayrılan Əmrə Bəlözoğlunu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 39 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Əmrə “Fənərbaxça”ya azad agent kimi keçib. O, daha əvvəl 2008-12 və 2013-15-ci illərdə “Fənərbaxça”nın şərəfini qoruyub. Təcrübəli futbolçu karyerasını da məhz bu klubda başa vurmaq üçün üçüncü dəfə İstanbul təmsilçisinə transfer olunub.