Ölkə futbolu
Kamran Quliyev: “Daha 2 futbolçu ilə danışıq aparırıq”
“Neftçi”nin prezidenti Kamran Quliyev Avropa Liqas?…
“Neftçi”nin prezidenti Kamran Quliyev Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın “Speranta” klubuna qarşı keçirdikləri cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbolinfo.az xəbər verir ki, o, 6:0 hesablı qələbə ilə bağlı öncə bunları söyləyib:
– Azarkeşlərə görə çox sevinirəm. Sevinc hissiylə meydanı tərk etdilər. Bütün komandanı təbrik edirəm. Deməzdim ki, şou göstərdilər, məncə, indiki vəziyyətə görə yaxşı oyun göstərdik. Ən çox da İsmayıl Zülfüqarlıya görə sevindim. Avropa Liqasında bu yaşda qol vuran ən gənc azərbaycanlı oldu. Sevindirici haldı ki, yetirmələrimizə də şans veririk. Bu gün bizim yaxşı günümüzdü.
– Rəqibin baş məşqçisi və prezidenti ilk oyundan sonra qıcıqlandırıcı atmacalar atırdı. Bu qələbə onlara cavab oldu?
– İlk oyun idi. İstənilən rəqibə qarşı komanda var qüvvəsiylə oynayır. Hazırda tam güc yığılmayıb. İki həftəlik təlim-məşq toplanışından qayıtdıq. Efrosa gəlincə, onun sözləri daha çox öz futbolçularına təsir etməlidi. “Speranta”nın prezidenti yaxşı insandı, onu yaxından tanıdıq, futbolu sevir. Mən inanmıram ki, onların sözü təsir etsin.
– “Neftçi” II mərhələdə “Arsenal”ı keçə biləcək gücdədi?
– Nə deyə bilərəm? “Arsenal” yaxşı komandadı. Ötən mövsüm Rusiya Premyer Liqasında 6-cı olub. Biz gücümüzə inanırıq. İnanmaq istəyirik ki, komanda daha intizamlı şəkildə oyuna köklənəcək. Səfərdə yaxşı nəticə qazansaq, ev oyunumuzda stadion dolu olacaq, azarkeşlər komandanı qələbəyə səsləyəcək.
– İlk oyunun Rusiyada olması üstünlükdü?
– Baxır ilk oyunun nəticəsinə. Biz orada qol vurmasaq, gərək, evdə qapımızı toxunulmaz saxlayaq. Ötən il “Uypeşt”lə ilk oyunu evdə keçirmişdik. Nəticənin də necə olduğunu bilirsiniz.
– Yeni transferlərə ehtiyac var?
– Ehtiyac var. İki futbolçuyla danışıqlar aparırıq. Hər ikisi yarımmüdafiəçidi. Hələ ki, heç nə bəlli deyil. Bu gün bilinəcək. (matc.az)
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…