Dünya futbolu
“Arsenal”ın hücumçusu rəsmən “Hamburq”da
Almaniyanın “Hamburq” klubu heyətini yeni futbolç…
Almaniyanın “Hamburq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, 2-ci Bundesliqada mübarizə aparan sözügedən klub London “Arsenal”ının hücumçusu Xavyer Amaeçini transfer edib.
Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. 18 yaşlı ingilis futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Amaeçinin transferi “Hamburq”a 2,5 milyon avroya başa gəlib. O, yeni komandasında 17 nömrəli formanı geyinəcək.
Futbolun sirlərini daha öncə “Fulhem”də öyrənən Xavyer, 2013-cü ildən “Arsenal”ın akademiyasına cəlb olunub. O, “topçular”ın əsas komandasında debüt etməsə də, geridə qalan mövsümdə əvəzedici komanda ilə 39 oyuna çıxıb, 12 qol vurub.