Ölkə futbolu
“Neftçi” ilə oyuna qədər səhvlərimiz üzərində çalışacağıq”
“Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərh…
“Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Rusiyanın “Arsenal” klubunun baş məşqçisi İqor Çerevçenko Premyer Liqada “Rostov”a 2:3 hesabıyla məğlub olduqları oyundan sonra açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, klubun saytına danışan Tula təmsilçisinin çalışdırıcısı, “Neftçi” ilə cavab oyununa hazır olacaqlarını deyib:
“Heyətdəki bir neçə dəyişiklik “Neftçi”yə qarşı cavab oyunu ilə bağlı deyildi. Hücumda problemimiz var. Sadəcə, bir hücumçumuz var. Təəssüf ki, Evans Kanqva və Aleksandru Tudorie yox idi. Ancaq bu, bizim problemimizdi.
Klubun bazasında görüşümüz olacaq. 3 oyun və 6 qol buraxmaq məni gərginləşdirir. Bu, təkcə müdafiəçilərin günahı deyil, bütün komandanın və məşqçilər heyətinin günahıdı.
“Neftçi” ilə oyundan əvvəl vaxtımız var, səhvlərimiz üzərində çalışacağıq. Və necə hazırlaşdığımızı cümə axşamı göstərəcəyik.
“Rostov”la oyunda geri dönüş edə bilərdik. Ancaq çox asan qollar buraxdıq. Ev oyununda ardıcıl iki məğlubiyyətin olması pis göstəricidi”.
“Neftçi” – “Arsenal” matçı avqustun 1-də keçiriləcək və saat 21:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda “ağ-qaralar” minimal hesablı qələbə qazanıb – 1:0.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var