Ölkə futbolu
Öncə Qurbanov, sonra Pert
Futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci təsnifat m?…
Futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Dandalk” (İrlandiya) qarşılaşmasından öncə təşkil olunacaq mətbuat konfranslarının vaxtı bəlli olub.
Futbolinfo.az xəbər verir ki, iyulun 30-da “Azərsun Arena”nın mətbuat zalında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov saat 18:15-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:30-də Suraxanıda yerləşən klubun bazasında keçiriləcək. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
“Dandalk”ın baş məşqçisi Vinni Pert isə saat 19:30-da “Dalğa Arena”nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İrlandiya təmsilçisinin son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda olacaq.
“Qarabağ” – “Dandalk” matçı iyulun 31-də, saat 21:00-da keçiriləcək. “Qarabağ” “Dandalk”la ilk oyununda qollu bərabərə qalıb – 1:1.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Premyer-liqa2024-05-11 18:55
“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var
- Digər idman növləri2024-05-11 15:30
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər