Ölkə futbolu
Qurban Qurbanovun mətbuat konfransının vaxtı bilindi
“Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü t?…
“Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda səfərdə APOEL-lə (Kipr) qarşılaşacaq.
Futbolinfo.az “Qarabağ”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun sabah – avqustun 5-də, Bakı vaxtıyla saat 20:15-də mətbuat konfransı keçiriləcək.
Komandanın son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi GSP stadionunda olacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
Avqsutun 6-da keçiriləcək APOEL – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.