Dünya futbolu
“Yuventus”dan “Everton”a – RƏSMİ
İngiltərənin “Everton” klubu heyətini yeni futbol&cced…
İngiltərənin “Everton” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Yuventus”dan Moyze Kini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
“Everton” Kin üçün bonuslarla birlikdə “Yuventus”a 40 milyon avro ödəyəcək.
Moyze Kin son mövsümdə “Yuventus” forması ilə iştirak etdiyi 17 oyunda 7 qol vurub.