Ölkə futbolu
Essyen “Səbail”dən ayrılır?
“Səbail”in futbolçusu Maykl Essyen karyerasını C…
“Səbail”in futbolçusu Maykl Essyen karyerasını Cənubi Afrika Respublikasında davam etdirə bilər.
Futbolinfo.az xəbər verir ki, Essyen, bu ölkənin çempionatı haqda fikirlərini bildirərkən, Cənubi Afrikaya getmək istədiyini də deyib:
“Cənubi Afrika pis deyil, ora getmək istərdim. Heç vaxt “heç vaxt” deməməlisən. Seçimlərimi açıq saxlayıram.
Futbolu sevirəm. Bütün həyatımboyu futbol oynamışam. Ona görə də, karyeramı bitirmək haqda düşünmürəm.”
Cənubi Afrika mətbuatı “Kayzer Çifs” klubunun Essyenin xidmətində maraqlı olduğunu iddia edir.