Ölkə futbolu
“Qəbələ”də qanalı müdafiəçi
“Qəbələ” baxışa daha bir legioner çağırıb.
…
“Qəbələ” baxışa daha bir legioner çağırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə sportinfo.az-a komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib.
Onun sözlərinə görə, toqolu yarımmüdafiəçi Yaovi Akakpo ilə yanaşı, hazırda düşərgədə afrikalı müdafiəçi də var. Bu, Maykl Boakyedi. Qanalı cinah müdafiəçisi ölkəsinin "Real Tamale" klubundan gəlib.
Qurbanov həm Akakpo, həm də Boakye ilə bağlı yaxın günlərdə qərar verəcəyini bildirib.